AZ

Fərdi avtomobillərdəki videoqeydiyyat cihazınının kadrlarını yaymaq olar? - Ali Məhkəmə

Bakı.Trend:

Hazırda həm avtomobillərdə quraşdırılan videoqeydiyyatcihazları, həm də yaşayış binalarının girişlərində yerləşdirilənmüşahidə kameraları ilə hər an rastlaşırıq. Qəza, oğurluq, mübahisəvə digər hadisələr zamanı həmin görüntülər sübut kimi istifadəolunur və çox vaxt sosial şəbəkələrdə, xəbər saytlarındaictimailəşdirilir. Lakin texnologiyanın yaratdığı bu imkanlar eynizamanda hüquqi və etik suallar doğurur: görüntülərin hüquqi rəy vəya aidiyyəti şəxslərin razılığı olmadan yayılması şəxsi həyatıntoxunulmazlığı hüququnun pozulması hesab edilə bilərmi?

Mövzuyla əlaqədar Trend-in sorğusuna cavab olaraq Ali Məhkəmədənbildirilib ki, ictimaiyyət üçün açıq yerlərdə (küçələrdə,restoranların, şadlıq saraylarının, klinikaların, otellərin,konfrans zallarının və digər iaşə obyektlərinin giriş, foye,dəhliz, ümumi zal və digər açıq zonaları, ictimai nəqliyyatvasitələri və s.) təhlükəsizliyin təmin olunması məqsədi ilə xüsusitexniki vasitələrlə audio-video çəkilişlərinin aparılmasına müəyyənşərtlər daxilində yolverilir.

“Bu məqsədlə kameraların quraşdırıldığı açıq məkanlarda (küçə vəs.) çəkiliş aparılmasına razılıq tələb olunmur. Lakin qapalıməkanlarda çəkilişin aparılmasına dair xəbərdaredici məlumatlarınyerləşdirilməsi tələb olunur. Bu halda hər kəsin görə biləcəyiyerdə və anlaşılan məzmunda çəkilişin aparılmasına dair məlumatınvurulması həmin yerlərə daxil olan şəxslərin çəkilişə razılığınınəldə edilməsini ehtiva etmiş olur.

Bu görüntülərin və səs yazılarının həmin şəxslərin razılığıolmadan yayılmasına isə yalnız dövlət və ictimai maraqların təminolunması məqsədilə yol verilir. Məhz bu əsaslara bağlı qəza,oğurluq və digər hadisələrin ictimailəşdirilməsiyolveriləndir”.

Ali Məhkəmədən əlavə edilib ki, dövlət və ictimai maraqlarolmadığı halda razılığı olmadan barəsində məlumat yayılmış şəxshəmin məlumatın əldə edilməsi və yayılması ilə bağlı hüquqaziddəməllərə yol verən şəxslərə qarşı mülki qaydada şəxsiyyəthüquqlarının müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dairiddia qaldıra bilər.

Məqalədə:
Seçilən
27
6
az.trend.az

10Mənbələr