AZ

Tesla sükanı və pedalı olmayan Cybercab avtomobilinin istehsalına başlayıb

ain.az bildirir, Banco.az portalına istinadən.

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın elektrik avtomobil istehsalçısı "Tesla" tam sürücüsüz idarəetmə üçün nəzərdə tutulmuş “Cybercab” modelinin istehsalına start verib.

Banco.az xəbər verir ki,şirkətin məlumatına görə, sükan və pedalı olmayan ilk avtomobil Texasdakı zavodda istehsal xəttindən çıxıb.

“Cybercab” modeli bazarda "Waymo" və "Zoox" kimi şirkətlərin robotaksi layihələrinə cavab kimi qiymətləndirilir. İki nəfərlik kupe dizaynına malik avtomobil 2024-cü ildə keçirilən “We, Robot” tədbirində təqdim olunub.

Model sükan və pedal olmadan fəaliyyət göstərir və Tesla-nın Tam Özüidarəetmə (FSD) proqram təminatı ilə idarə olunur. Lakin hazırda şirkətin minik avtomobillərində təklif olunan FSD sistemi hələ də sürücünün diqqətli nəzarətini tələb edir. “Cybercab” isə nəzəri olaraq tamamilə avtonom rejimdə işləmək üçün hazırlanıb.

Şirkətin rəhbəri İlon Mask robotaksi və humanoid robot layihələrinin "Tesla"nın gələcəyində əsas rol oynayacağını və trilyonlarla dollar dəyər yarada biləcəyini bildirib.

Mask bildirib ki, “Cybercab” istehsalına aprel ayında başlanılıb. İlkin mərhələdə konveyerdən çıxan avtomobillərin erkən istehsal prototipləri olacağı, kütləvi istehsalın isə ilin ikinci rübündə artırılacağı gözlənilir. O, daha sadə istehsal prosesi sayəsində Tesla-nın ildə 5 milyona qədər robotaksi istehsal edə biləcəyini iddia edib. Bununla belə, şirkətin əvvəlki ambisiyalı hədəfləri nəzərə alınaraq, bu proqnozlara ehtiyatla yanaşılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
banco.az

2Mənbələr