AZ

Fövqəladə Hallar Nazirliyinin “e-FHN” mobil tətbiqi istifadəyə verildi (VİDEO)

Bakı.Trend:

Rəqəmsal xidmətlərin inkişafı, o cümlədən vətəndaşlaragöstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədiləFövqəladə Hallar Nazirliyinin Elektron xidmətlər sisteminin mobiltətbiqi istifadəyə verilib.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumatyayıb.

Bildirilir ki, “e-FHN” mobil tətbiqi müvafiq xidmətlər üçünmüraciət və cərimələrin qeydiyyatının avtomatlaşdırılmasını təminedir. Bu sistem vasitəsilə vətəndaşlar tətbiqə daxil olaraqqeydiyyatdan keçib Nazirliyin təqdim etdiyi xidmətlərdən rahatşəkildə yararlana bilərlər.

Tətbiq müraciətlərin elektron formada göndərilməsi, icrastatusunun izlənilməsi, bildirişlərin əldə olunması, müvafiqödənişlərin edilməsi və digər funksiyaları özündə birləşdirir.

Qeyd edək ki, mobil tətbiqin istifadəyə verilməsi Nazirliyinsəlahiyyətləri çərçivəsində elektron hökumət təşəbbüslərinindəstəklənməsi, dövlət xidmətlərinə çıxışın asanlaşdırılması vəvətəndaş məmnunluğunun artırılması istiqamətində atılan mühümaddımlardan biridir.

Fövqəladə Hallar Nazirliyi rəqəmsallaşma istiqamətində həyatakeçirdiyi layihələrlə vətəndaşlara daha çevik, şəffaf və əlçatanxidmətlərin göstərilməsini davam etdirir.

Məqalədə:
Seçilən
68
15
az.trend.az

10Mənbələr