Bakı. TurkicWorld:
Bu gün Qarabağ UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.
TurkicWorld xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.
Görüşü norveçli referi Espen Eskos idarə edəcək.
Xatırladaq ki, cavab qarşılaşması fevralın 24-də İngiltərədə baş tutacaq.
21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)