Bakı.Trend:
Fevralın 18-də Masallı Elektrik Şəbəkəsi (EŞ) ərazisində110/35/10 kV-luq "Masallı" yarımstansiyasından çıxan 10 kV-luq 1 və3 saylı hava xətlərində təmir işləri aparılacaq.
Trend xəbər verirki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq, saat 12:00-dan 14:00-dəkşəhərin Heydər Əliyev prospekti, Məhəmməd Füzuli, Elşad Hüseynovküçələri, həmçinin rayonun Ərkivan qəsəbəsində elektrik enerjisininverilişində fasilə yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər dahakeyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.