AZ

Fransada davam edən daşqınlar geniş əraziləri su altında qoydu

Bakı. Trend:

Fransanın cənub-qərbində böyük ərazilər uzun müddətdir davamedən daşqınlar səbəbindən su altında qalıb.

Trend xəbər verirki, daşqınlar artıq bir aydan çoxdur davam edir.

Ən çox zərər çəkən ərazilər Qaron, Luara və Şaranta çaylarınınvadilərində yerləşir.

17 fevral tarixinə olan məlumata görə, Fransanın qərbindəkiMen-i-Luara, həmçinin cənub-qərbində yerləşən Jironda və Lo-i-Qarondepartamentləri üçün ən yüksək – qırmızı iqlim həyəcanı səviyyəsielan edilib. Daha 11 departamentdə isə ikinci ən yüksək – narıncıhəyəcan səviyyəsi tətbiq olunub.

Su basmış ərazilərdən əhalinin təxliyəsi davam edir. Məlumatagörə, 1600-dən çox insan evlərini tərk etmək məcburiyyətindəqalıb.

Seçilən
47
az.trend.az

1Mənbələr