AZ

Milyardçının sonu yaxınlaşır: Ser Cim Ratkliff Yunayted i itirmək təhlükəsi ilə üz üzə

Fanat saytına istinadən ain.az xəbər verir.

"Mançester Yunayted"in ortaq sahibi Ser Cim Ratkliffin klubdakı gələcəyi Qleyzer ailəsi ilə imzalanan müqavilədəki gizli bənd səbəbindən ciddi təhlükə altına düşüb.

Fanat.Az xəbər verir ki, "süründürmə hüququ" (drag-along) adlı xüsusi bənd Qleyzerlərə klubu tamamilə satmaq qərarı verdikləri təqdirdə Ratkliffi də öz payını satmağa məcbur etmək səlahiyyəti verir.

Hazırda Birləşmiş Ərəb Əmirliyindən olan milyardçıların kluba olan marağı fonunda amerikalı sahiblərin Ratkliffdən yan keçərək gizli danışıqlar apardığı iddia olunur. Britaniyalı milyardçının son günlərdə miqrasiya ilə bağlı verdiyi qalmaqallı açıqlamalar və "kolonizasiya" ifadəsi həm azarkeşlər, həm də hökumət tərəfindən sərt reaksiya ilə qarşılanıb.

Klub rəsmi bəyanatla bu fikirlərdən uzaq olduğunu bildirsə də, yaranan gərginlik Ratkliffin "Old Trafford"dakı mövqelərini xeyli zəiflədib. Əgər Qleyzerlər 2027-ci ilə qədər satış qərarı versələr, Ratkliff yatırdığı 1.3 milyard funtu geri alsa da, futbol əməliyyatları üzərindəki nəzarətini tamamilə itirəcək.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
fanat.az

2Mənbələr