AZ

ABŞ dronu İran sahilləri yaxınlığında kəşfiyyat uçuşu aparıb

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-nin "MQ-4C Triton" uzaqmənzilli radioelektron kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) İran sahillərindən cənub-şərqdə çoxsaatlıq uçuş həyata keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə "Flightradar24" aviasiya resursunun məlumatında deyilir.

Bildirilir ki, PUA Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Əl-Dafra aviabazasından havaya qalxıb. O, bir neçə saat ərzində İran yaxınlığındakı Oman körfəzinin beynəlxalq suları üzərində dövrə vurub.

Uçuş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında keçirdiyi və ehtimal olunan hərbi əməliyyat ssenarilərinin məşq edildiyi təlimlər fonunda baş tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
79
4
oxu.az

6Mənbələr