AZ

ABŞ dronu İran sahilləri yaxınlığında kəşfiyyat uçuşu aparıb

Ajans.az xəbər verir ki, bu barədə "Flightradar24" aviasiya resursunun məlumatında deyilir. Bildirilir ki, PUA Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Əl-Dafra aviabazasından havaya qalxıb. O, bir neçə saat ərzində İran yaxınlığındakı Oman körfəzinin beynəlxalq suları üzərində dövrə vurub.

Uçuş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında keçirdiyi və ehtimal olunan hərbi əməliyyat ssenarilərinin məşq edildiyi təlimlər fonunda baş tutub.

Seçilən
31
4
Ajans.az

6Mənbələr