AZ

Nyukasl ın baş məşqçisi: Qarabağ ın çox güclü texnikası var

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Oyuna yaxşı hazırlaşmışıq.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İngiltərənin "Nyukasl" komandasının baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" klubuna qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

O, zədəli oyunçuların sıraya qayıtmaqda olduqlarını bildirib: "Qarabağ"ın çox güclü texnikası var. Aqressiv və hücumameyilli komandadır. Bu matçdan yaxşı təəssüratla ayrılmaq istəyirik. Uzaq yol gəlmişik. Bizim üçün tarixi anlardır. Bütün diqqətimizi bu oyuna yönəltmişik. Buradan yaxşı nəticə ilə qayıtmaq istəyirik".

Fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ"–"Nyukasl" oyunu saat 21:45-də başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
68
6
baku.ws

7Mənbələr