AZ

ABŞ Ukrayna ilə bağlı "ən çətin" məsələ üzərində işdən danışıb » AzadMedia.az


ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Fox News-a bildirib ki, ərazi məsələsi Ukrayna danışıqlarında ən "mürəkkəb və çətin" məsələdir və tərəflər bunun üzərində işləməyə davam edəcəklər.

"Aydındır ki, Dövlət Katibinin qeyd etdiyi kimi, hər iki tərəf bu münaqişəyə son qoymaq üçün razılığa gəlməyin yolunu tapmalıdır. Stiv Vitkoffun bir neçə həftə əvvəl dediyi kimi, hər şey bir məsələyə - əraziyə bağlıdır. Amma bu, ən mürəkkəb və çətin məsələ olacaq. Ona görə də biz bunun üzərində işləməyə davam edəcəyik", - Uitaker deyib.

Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında 17-18 fevral tarixlərində Cenevrədə üçtərəfli danışıqlar keçirilir. Ukrayna Prezidenti Vladimir Zelenski ərazi məsələsinin görüşdə müzakirə olunacağını bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da eyni açıqlamanı verib. Zelenski həmçinin nə Rusiyanın, nə də Ukraynanın razı olmadığı Donbasda azad iqtisadi zona yaratmaqla bağlı Amerika təklifinin də müzakirə olunacağını açıqlayıb.

“The Economist” həmçinin yazıb ki, Ukrayna nümayəndə heyəti daxilində ciddi fikir ayrılıqları yaranır, çünki bir qanad Ukraynanın ABŞ ilə tez bir zamanda razılaşma bağlamalı olduğuna inanır, digər qanad isə bununla razılaşmır.
Seçilən
38
1
azadmedia.az

2Mənbələr