AZ

Kamilo Duran: “Bizi “Nyukasl”la tarixi oyun gözləyir” – ARENA.AZ

“Qarabağ”ın hücumçusu Kamilo Duran UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la ilk oyunundan gözləntilərini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və İngiltərə təmsilçiləri arasındakı ilk oyun sabah Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Kamilo Duran bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Fərqindəyik ki, bizi çox çətin və tarixi oyun gözləyir. Doğma azarkeşlərimizin qarşısında oynayacağıq. “Nyukasl” çox çətin rəqibdir. Amma istənilən halda, əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək və uğurlu nəticə qazanaq.

İngiltərə təmsilçiləri çox sürətli və fiziki cəhətdən güclü komandalardır. Onlara qarşı ilk oyunumuzda bunu hiss etdim. Yaxşı formada hazırlaşmışıq. Çətin rəqib olsa da, biz də onların zəif cəhətlərindən istifadə etməyə çalışacağıq.

“Qarabağ”la Çempionlar Liqasında oynamaq mənim üçün çox xoşdur. Xoşbəxtəm. Bu, karyeramın ən uğuru dönəmidir. Gəncəm, daha inamlı olmalıyam, üzərimdə işləməliyəm”.

Duran Kolumbiya millisinə dəvət almasının mümkünlüyü barədə sualı da cavablandırıb:

“Bu mövsüm mənim üçün uğurlu keçir. Buna görə xoşbəxtəm. Millidə oynamaq bir kolumbiyalı kimi uşaqlıq arzumdur. Belə davam edəcəyəmsə, hər dəfə milliyə düşməyə daha yaxın olacağam. Hər kəs istəyər dünya çempionatında oynasın. Arzumdur. Amma hələ ki, mənə hər hansı dəvət, zəng olmayıb”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
40
9
arena.az

10Mənbələr