AZ

Cenevrədə SÜRPRİZ: Britaniya nümayəndə heyəti gözlənilmədən danışıqlar keçirilən otelə GƏLDİ – VİDEO

Britaniya nümayəndə heyəti Cenevrə danışıqlarının keçirildiyi otelə gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə beynəlxalq mətbuat məlumat yayıb.

Cenevrədə sülh danışıqlarının keçirildiyi “Intercontinental” otelinə gözlənilmədən Böyük Britaniyanın geniş tərkibli nümayəndə heyəti gəlib.

Britaniyalı diplomatların bura gəlişi ətrafdakılar üçün sürpriz olub.

Qeyd edək ki, Londonun bu tədbirdə hər hansı formada iştirakı əvvəlcədən planlaşdırılmamışdı.

Britaniya nümayəndə heyətinin hansı məqsədlə və hansı statusda danışıqların aparıldığı məkana gəlməsi hələlik məlum deyil.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
92
interpress.az

1Mənbələr