AZ

Kamilo Duran: “Azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik” MƏTBUAT KONFRANSINDA + VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Bizi tarixi və çətin oyun gözləyir”.

İdman.Biz xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Kamilo Duran Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsini çərçivəsində İngiltərənin “Nyukasl” klubu ilə keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.

Futbolçu sabahkı matçda fərqlənəcəyi təqdirdə Kolumbiya futbolunun tarixinə düşmək ehtimalına da münasibət bildirib:

“Qol vurmağa hazıram. Məşqlərdə bu rəqibi düşünürdüm. Bu hədəfə çatmağa hazıram”.

Kolumbiyalı oyunçu İngiltərə təmsilçilərinin sürətli oynadıqlarını söyləyib:

“Matça yaxşı hazırlaşmışıq. Çətin rəqib olsa da, zəif cəhətlərindən yararlanmağa çalışacağıq”.

K.Duran cari mövsüm UEFA Çempionlar Liqasındakı nəticələr barədə də danışıb:

“Qarabağ”da bu yolu keçmişəm. Bu, karyeramın ən önəmli dönəmidir. Mən də oyun keyfiyyətlərimi yaxşılaşdırmalıyam”.

24 yaşlı oyunçu Bakıda İngiltərənin “Nyukasl” klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Bizi tarixi və çətin oyun gözləyir. Doğma azarkeşlər önündə mübarizə aparacağıq. Azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Leyla Eminova

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
100
5
icma.az

7Mənbələr