AZ

Məhkəməyə verilən məşhur rejissor danışmaq istəmir

Azərbaycan Dövlət Kukla Teatırının sabiq quruluşçu rejissoru Səidə Haqverdiyeva xüsusi ittiham qaydasında məhkəməyə verilib. 

"Cebheinfo.az" xəbər verir ki, iddiaçı kimi Dövlət Kukla Teatırının aktrisası Nərmin Əhmədova və onun həyat yoldaşı Əfsun Əhmədov çıxış edib.

Onlar Səidə Haqverdiyevanı barəsində xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müracət ediblər. 

İş məhkəmənin hakimi Orxan Məmmədovun icraatındadır. Məhkəmə şikayət ərizəsində bir sıra nöqsanlar olduğunu əsas gətirərək onların aradan qaldırılması üçün prosesi bir neçə dəfə təxirə salıb. Səidə Haqverdiyeva Nərmin Əhmədova və Əfsun Əhmədov barəsində böhtan xarakterli məlumatları sosial şəbəkədə yayaraq şərəf və ləyaqətlərini alçaltmaqda ittiham olunur. 

“Cebheinfo.az” məsələ ilə bağlı Səidə Haqverdiyevadan münasibət öyrənməyə çalışıb.

O, “Bu barədə heç nə danışmaq istəmirəm. Təşəkkür edirəm”, - deyə suallara cavab vermək istəməyib.

Seçilən
39
3
cebheinfo.az

10Mənbələr