AZ

Rusiyada hərbi komendantlıq binasında partlayış olub: 3 nəfər ölüb, dağıntılar altında qalanlar var - YENİLƏNİB

Rusiyada hərbi komendantlıq binasında baş verən partlayışda ölənlərin sayı 3-ə çatıb.

APA xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb.

Vilayət qubernatoru Aleksandr Drozdenko bildirib ki, baş verən hadisənin səbəbləri araşdırılır.

O, zərərçəkənlərin xilas edilməsi üçün güc strukturlarına tapşırıq verdiyini də qeyd edib.

***

16:27

Rusiyada hərbi komendantlıq binasında partlayış baş verib.

APA yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Leninqrad vilayətinin Vsevolojsk rayonunda yerləşən hərbi komendantlığın binasında qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, dağıntılar altında daha bir neçə nəfərin qala biləcəyi bildirilir.

Partlayışdan sonra binanın ikinci və üçüncü mərtəbələrində uçqun baş verib, əlavə çökmə təhlükəsi qalır.

Hadisə yerinə təcili yardım və digər operativ xidmət əməkdaşları cəlb olunub.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Seçilən
20
8
apa.az

9Mənbələr