AZ

Azərbaycanda keçiriləcək beynəlxalq turnirin təqvimi bilindi

Azərbaycanda keçiriləcək “FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Azərbaycan, Syerra-Leone, Oman və Sent Lusiya millilərinin iştirak edəcəyi yarışda ilk oyunlar martın 27-də keçiriləcək. 

İlk günün qalibləri martın 30-da finalda, məğlubları isə 3-cü yer uğrunda görüşdə qarşılaşacaqlar.
 
Turnirin təqvimini nəzərinizə çatdırırıq:
 
27 mart
15:00. Oman - Syerra-Leone
“Dalğa Arena”
 
19:00. Azərbaycan - Sent Lusiya
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
 
30 mart
15:00. 3-cü yer uğrunda (məğlublar)
“Dalğa Arena”
 
19:00. Final (qaliblər)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Seçilən
17
12
fanat.az

10Mənbələr