AZ

DP təqaüdçülərimiz Kembric Universiteti Azərbaycan Cəmiyyətinin əsasını qoyublar

Ajans.az-ın məlumatına görə, dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Kembric Universiteti daxilində azərbaycanlı tələbələri bir araya gətirən bu platforma ölkəmizin mədəniyyətini, tarixini və milli maraqlarını beynəlxalq mühitdə layiqincə təmsil etməyi hədəfləyir. Prezidenti universitetin doktorantura tələbəsi Turan Abbaszadə, vitse-prezidenti isə magistrant Samin Hüseynov olan cəmiyyətdə təqaüdçülərimiz geniş şəkildə təmsil olunurlar – onların sırasında Ülkər Fərzəliyeva, Cavid Seyfulalı, Zöhrə Əhmədova, Murad Alməmmədov və Camal İsmayılov da yer alır. DP təqaüdçülərimiz yalnız fərdi akademik uğurlarla kifayətlənmir, eyni zamanda ölkəmizi qlobal arenada təmsil edən dəyərli təşəbbüslərə imza atırlar.

Seçilən
69
13
Ajans.az

10Mənbələr