AZ

Bakıya qarşı təxribat ssenarisi öz başlarında necə çatladı? - Kəşfiyyat işi

Azərbaycan gücləndikcə hücumların dozası artır. Bu artıq təsadüf deyil, planlı informasiya savaşıdır. Məqsəd dəyişmir: ölkənin siyasi kursunu sarsıtmaq, dövlət rəhbərliyini hədəfə almaq və cəmiyyətdə şübhə toxumu səpmək. Arqument tapa bilməyən mərkəzlər isə ən ucuz və ən iyrənc silaha böhtan, dezinformasiya və “qurşaqdan aşağı” kampaniyalara əl atırlar.

Bu hücumların ən təhlükəli tərəfi odur ki, anti-Azərbaycan güclər və uğurları həm edə bilməyən güclər ssenarinin icrasında “sapı özümüzdən olan baltalar” seçilir. Xaricdə yazılan planlar, beynəlxalq platformalarda səhnələşdirilən epizodlar, əvvəlcədən hazırlanmış suallar hamısı vahid zəncirin hissəsidir. Münxen Təhlükəsizlik Konfransında baş verənlər də məhz belə bir ssenarinin parçası kimi qiymətləndirilir. Məqsəd süni “qəhrəman” yaratmaq və Azərbaycan rəhbərliyinə qarşı informasiya hücumu təşkil etmək idi. Lakin proses gözlənildiyi kimi getmədi.

Verilən qısa sərt və qəti cavablar bu oyunu ifşa etdi.

Bu kontekstdə son günlər adları gündəmə gətirilən Emin Hüseynov və Mehman Hüseynov qardaşlarının fəaliyyəti geniş müzakirə olunur. Artıq onların beynəlxalq platformalarda çıxışları müəyyən mərkəzlərin hazırladığı informasiya kampaniyasının tərkib hissəsi olduğu hamıya gün kimi aydındır. Məhz buna görə də Münxendə verilən sualların arxasında dayanan məqsədin “qəhrəman obrazı” yaratmaq olduğu vurğulanır. Amma nəticə əksinə oldu. Cavablar səhnə arxasını açdı.

Siyasi şərhçi Yeganə Hacıyeva sosial şəbəkədə paylaşdığı faktlarla diqqəti illər əvvəl baş vermiş hadisələrə yönəltdi. O xatırladır ki, Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyində aylarla gizlənmiş, sonradan isə İsveçrə rəsmisinin müşayiəti ilə ölkəni tərk etmişdi. Həmin dövrdə “İsveçrənin “Tagesanzeiger” saytının həmin vaxt yazdığı xəbərə görə, Emin Hüseynov Azərbaycanı İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndəsi Didye Burkhalterin müşayiəti ilə tərk edib.

Nəşr həm də yazırdı ki, Hüseynovun azad edilməsi İsveçrə hökumətinə bütün digər kənar xərclərdən başqa, təxminən 200.000 azn məbləğində vergi borcunu ödənilməsi hesabına başa gəlib.

Yəni, İsveçrə hökuməti İsveçrə vergi ödəyicilərinin hesabına xaricdə uzun illər qrant alıb, vergisini ödəməyən birinin vergi borclarını bağlamışdı.
Əvəzində Emin Hüseynov İsveçrə hökuməti qarşısında Azərbaycan vətəndaşlığından imtina etmək kimi öhdəlik də götürmüşdü.

Məsələnin absurdluğu həm də onda idi ki, İsveçrə hökuməti Azərbaycandan bu faktın gizli qalmasını xahiş etmişdi.
İndi məncə, İsveçrənin Bakıdakı səfirliyindən soruşmaq lazımdır ki, Emin Hüseynovun hansı xidmətlərinə görə onun vergi borcları ödənilmişdi?

Hadisələrin başqa bir detalı da diqqət çəkir: vergidən yayınma ittihamı ilə axtarış aparılacağı xəbəri yayılandan sonra ABŞ səfirliyinə sığınmaq cəhdi, daha sonra isə İsveçrə səfirliyində uzun müddət qalmasıdır. Bu faktlar hər şeyi deyir və bunun şərhinə ehtiyac qalmır.  
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov tərəfindən səsləndirilən fikirlər bu müzakirələri daha da alovlandırdı. O, qardaşların fəaliyyətinin müxtəlif xarici dairələrin, xüsusilə regionda Azərbaycanla rəqabətdə maraqlı olan mərkəzlərin informasiya kampaniyaları ilə üst-üstə düşdüyünü bildirib. Bu cür açıqlamalar cəmiyyətdə belə bir sual doğurur: niyə məhz Azərbaycanın regionda gücləndiyi, sülh gündəliyini irəli apardığı dövrdə bu kampaniyalar intensivləşir?

Sabiq nazir Tofiq Zülfüqarov məslə ilə bağlı  Facebook hesabında yazıb:
“Bu gün hər kəsə aydındır ki, Mehman və Emin Hüseynov qardaşları qəsdən Rusiya kəşfiyyat xidmətlərinin Azərbaycana qarşı informasiya hücumunun alətinə çevriliblər. Onların "Qərbi Avropa" mövqeyi sadəcə onların "əfsanəsi" üçün bir şirmadır”. 

Bir çox analitiklər hesab edir ki, Azərbaycan əleyhinə informasiya hücumlarının arxasında müxtəlif maraq qruplarının, o cümlədən regionda təsir uğrunda mübarizə aparan güclərin və erməni diaspor strukturlarının informasiya platformalarında fəallaşması dayanır. Bu iddialar xüsusilə beynəlxalq tədbirlərdə verilən sualların və səhnələşdirilmiş epizodların koordinasiyalı görünməsi ilə izah edilir.

Bütün bu ssenarinin kulminasiya nöqtəsi isə verilən cavablar oldu. İlham Əliyev uzun illərdir Azərbaycana qarşı tətbiq olunan ikili standartların mahiyyətini açıq şəkildə ortaya qoydu. Mehriban Əliyeva isə mesajı daha da sərtləşdirərək bildirdi ki, bu cür metodlarla Azərbaycanın uğurlarına kölgə salmaq mümkün olmayacaq.
Bu cavablar təkcə konkret şəxslərə deyil, bütövlükdə həmin kampaniyanın arxasında dayanan mərkəzlərə ünvanlanmış mesaj idi: Azərbaycan artıq hədəf deyil, oyunun qaydalarını dəyişən aktordur.

Reallıq dəyişib. Azərbaycan regionda sülh gündəliyini irəli aparır, enerji və nəqliyyat xəritəsini yenidən qurur, beynəlxalq siyasətdə çəkisini artırır. Məhz buna görə hücumlar sərtləşir. Çünki güclü Azərbaycan bəzi mərkəzlərin planlarını pozur.

Bu gün aparılan informasiya hücumları bir həqiqətin göstəricisidir: Bakı güclənir. Və güclənən Azərbaycanı dayandırmaq üçün köhnə üsullar yenidən işə salınır. Lakin tarix göstərir – böhtan və dezinformasiya dövlətlərin iradəsini sındıra bilməz. Azərbaycanın strateji kursu dəyişmir. Və bu kursu heç bir informasiya hücumu dayandıra bilməyəcək.

Mürtəza

Seçilən
107
1
olke.az

2Mənbələr