Ağdam şəhərinin 2-ci yaşayış kompleksinin 6-cı məhəlləsinə sakinlərin qayıdışı təmin edilib.
Bu mərhələdə şəhərə 119 ailə, ümumilikdə 417 nəfər keçmiş məcburi köçkün qayıdıb.
Evlərin açarları sakinlərə təqdim edilib.
Bununla da Ağdam şəhərində məskunlaşan ailələrin sayı 222-yə, sakinlərin sayı isə 820 nəfərə çatıb.
Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində azad edilmiş ərazilərdə yaşayışın bərpası mərhələli şəkildə davam etdirilir.




