AZ

Rus ordusuna məxsus helikopter vurulub

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus Ka-27 tipli hərbi helikopteri vurduğunu açıqlayıb.

Ukrayna Baş Qərargahının yaydığı məlumata görə, fevralın 17-nə keçən gecə işğal altında olan Krımın Kamışlı yaşayış məntəqəsi yaxınlığında Rusiya ordusuna məxsus gəmi bazalı çoxfunksiyalı Ka-27 helikopterinə zərbə endirilib. Bildirilir ki, hədəfə dəqiq zərbə qeydə alınıb.

Bundan əlavə, fevralın 16-da düşmənə məxsus üç pilotsuz uçuş aparatı idarəetmə məntəqəsinin də vurulduğu qeyd olunur. Həmin obyektlərin Zaporojye vilayətinin işğal altındakı Gulyaypole və Zatişya ərazilərində, eləcə də Rusiyanın Kursk vilayətinin Anatoliyevka yaşayış məntəqəsi yaxınlığında yerləşdiyi bildirilib.

Baş Qərargah qarşı tərəfin itkiləri və helikopterə dəyən ziyanın miqyasının dəqiqləşdirildiyini açıqlayıb.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
azpolitika.info

1Mənbələr