AZ

Şahin Şıxlinski ilə bağlı SON DƏQİQƏ: Martın 5-də…

Rusiya prokurorluğu Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski  ilə bağlı ağır cəza tələb edib.

Rusiya KİV-lərinin məlumatına görə, prokuror Şahin Şıxlinski üçün 23 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Sverdlovsk vilayəti məhkəmələrinin mətbuat xidmətinin məlumatına görə, hökm martın 5-də veriləcək.

Dövlət ittihamçısı digər təqsirləndirilən şəxslər üçün də uzunmüddətli həbs cəzaları tələb edib. Belə ki, Akif Səfərov üçün 23 il, Ayaz Səfərov üçün 22 il, Kamal Səfərov üçün 18 il, Məzahir Səfərov və Bəkir Səfərov üçün 13 il, həmçinin əvvəlki hökm nəzərə alınmaqla Şücaəddin Rəcəbov üçün 15 il azadlıqdan məhrumetmə cəzası istənilib.

Prokuror daha əvvəl Şıxlinski və Səfərov qardaşlarını sifarişli qətllərdə təqsirli hesab edib. İş üzrə ümumilikdə yeddi nəfər, Şücaəddin Rəcəbov, Şahin Şıxlinski və Səfərov qardaşları (Akif, Ayaz, Bəkir, Kamal və Məzahir) mühakimə olunur. Təqsirləndirilənlərin vəsatəti əsasında seçilmiş altı nəfərlik münsiflər heyəti onların günahının sübuta yetirildiyini bildirib, yalnız Bəkir Səfərov üçün yüngülləşdirici halın mümkün olduğu qeyd edilib.

Məhkəmə prosesi hələ yekunlaşmayıb.

Musavat.com

Seçilən
49
editor.az

1Mənbələr