AZ

Survivor 2025 qalibi Adem Kılıçcı SAXLANILDI

ain.az, Baku.ws saytına istinadən bildirir.

Türkiyədə məşhurlara qarşı aparılan narkotik əməliyyatları zamanı Kaan Tangöze, Murat Dalkılıç, İsmail Hacıoğlu kimi tanınmışlar saxlanılıblar.

BAKU.WS xəbər verir ki, saxlanılan məşhurlar arasında "Survivor" qalibi Adem Kılıçcı da var.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı zamanı saxlanılanlar "İstifadə məqsədilə narkotik və ya psixotrop maddə satın alma", "Qəbul etmə və ya saxlama, yaxud narkotik və ya psixotrop maddə istifadə etmə", "Fahişəliyə təşviq və vasitəçilik etmə" və "Narkotik və ya psixotrop maddə istifadəsini asanlaşdırma" maddələri üzrə ittiham edilirlər.

Saxlanılanların tam siyahısı isə belədir: müğənnilər Murat Dalkılıç, Kaan Tangöze, aktyor İsmail Hacıoğlu, boksçu Adem Kılıçcı, Furkan Koçan, iş adamı və "Terzi" adlı məkanın sahibi Hakan Tunçelli, Murat Cevahiroğlu, Barış Talay, Hakan Kakız, Kemal Doğulu, Murat Öztürk, Alihan Taşkın, Tolga Sezgin, Ramazan Bayar, Aygün Aydın, Buse Görkem Narcı...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
baku.ws

7Mənbələr