AZ

“TələbəPlus” kartı ilə siqaret və spirtli içki alına bilər? İddialara RƏSMİ CAVAB

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Məlum olduğu kimi, "TələbəPlus" layihəsi çərçivəsində universitetlərdə vahid tələbə kartı tətbiq olunur.Tələbələr onlara təqdim olunan kartdan həm debet bank kartı, həm təqaüd kartı, həm də universitetə giriş-çıxış üçün istifadə edirlər.Bu kart vasitəsilə təhsilalanlar bir sıra imtiyazlardan yararlanırlar. Belə ki, bəzi geyim, parfümeriya, kitab dükanları, müəyyən kafe-restoranlar, əyləncə məkanlarında xüsusi endirimlər qazanırlar.Bəzi tələbələrsə həmin kartdan siqaret və alkoqollu içki ala bilmədiklərini iddia edirlər. İddiaya görə, sözügedən məhsulların həmin kartla alışına məhduddiyət qoyulub. Məsələ ilə bağlı Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova Bizim.Media-ya açıqlamasında bildirib ki, tələbə kartı ilə siqaret və ya spirtli içkilərin alınmasına dair hər hansı xüsusi məhdudiyyət tətbiq edilmir.Onun sözlərinə görə, “TələbəPlus” kartı funksional baxımdan adi bank kartı kimi istifadə olunur və ödəniş əməliyyatları bank infrastrukturu üzərindən həyata keçirilir:“Kartın gündəlik ödəniş imkanlarına məhdudiyyət tətbiq edilmir. Məhdudiyyət yalnız tələbələrə endirim təqdim edən tərəfdaş şirkətlərin seçimində nəzərə alınan meyarlara aiddir. Belə ki, tələbələrə endirim və güzəştlər təqdim edən partnyor şirkətlər müəyyən edilərkən sosial məsuliyyət prinsipləri əsas götürülür. Bu çərçivədə mərc oyunları təklif edən platformalar, eləcə də tələbə auditoriyası üçün məqsədəuyğun hesab edilməyən bəzi məhsul və xidmət sahələri tərəfdaşlıq siyahısına daxil edilmir.Bir daha qeyd edirik ki, kartın ödəniş funksiyası ümumi bank kartı prinsipləri əsasında işləyir və konkret məhsul kateqoriyalarına görə ayrıca texniki bloklama tətbiq olunmur”.Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
bizim.media

2Mənbələr