AZ

İqtisadiyyat İnstitutunun alimlərinin məqaləsi beynəlxalq jurnalda çap olunub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun əməkdaşları - iqtisad üzrə fəlsəfə doktorları Mahir Zeynalov, Kamran Abdullayev və Gülnarə Fətəliyeva, eləcə də həmmüəllif, Bakı Dövlət Universitetinin əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru İlqar Sadıqovun elmi məqaləsi İtaliyanın “Scopus” elm bazasına daxil olan “Davamlı inkişaf üzrə tədqiqatlar” jurnalında çap olunub.

İnstitutdan AZƏRTAC-da bildirilib ki, “Azərbaycan Respublikasında davamlı iqtisadi inkişafın təşviqində qeyri-neft sektorunun rolu” adlı məqalə dünyanın nüfuzlu “Scopus” elmi bazasında indeksləşdirilib.

Məqalədə Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasında qeyri-neft sektorunun rolu, onun müasir aktual məsələləri, bu sahədə həyata keçirilən tədbirlər, problemlər, onların həlli istiqamətləri və s. tədqiq olunub.

Qeyd edək ki, dosent Kamran Abdullayev dünyanın tanınmış “Elsevier” nəşriyyat evinin çap etdiyi, “Scopus” bazasında Q1 kvartili üzrə nəşrlərin siyahısına daxil olan Böyük Britaniyanın “Nəqliyyat tədqiqatlarının fənlərarası perspektivləri” və “Qlobal iqtisadiyyat üzrə tədqiqatlar“ jurnallarının rəsmi rəyçisidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
97
azertag.az

1Mənbələr