AZ

Sabiq nazir Kremli qorxuya salan detalı açdı Hüseynov qardaşları və Vardanyan...

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Hər kəsə aydındır ki, Mehman və Emin Hüseynov qardaşları qəsdən Rusiya kəşfiyyat xidmətlərinin Azərbaycana qarşı informasiya hücumunun alətinə çevriliblər”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirib ki, sözügedən şəxslərin “Qərbi Avropa”da yerləşməsi sadəcə “əfsanənin” bir hissəsidir, yəni maskalanmadır:

“Ruben Vardanyan haqqında çəkilmiş film Kremlə göstərdi ki, rus oliqarxları üçün ən böyük risk pullarını gizlədən sistemlərin ifşa olunmasıdır. Düşünürəm ki, hökm çıxarıldıqdan sonra artıq öz himayədarlarına ümid etməyə dəymədiyini anlayan Vardanyan daha konkret, sənədlərlə, tarixlər və rəqəmlərlə danışacaq.

Üstəlik, bu “səmimilik” böyük ehtimalla Rusiyada siyasi səhnənin dəyişməsinə hazırlaşan qüvvələr üçün güclü təbliğat alətinə çevriləcək. Vardanyanla bağlı sənədlər də Epşteynin dosyeləri kimi “studiyaya” çıxarılacaq. Gözləyirik”.

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
63
globalinfo.az

1Mənbələr