AZ

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə beynəlxalq yükdaşımaların həcmi məlum oldu

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə229,4 milyon ABŞ dolları dəyərində 520,2 min ton yük daşınıb.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istiandən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü iləmüqayisədə dəyər ifadəsində 23,8 milyon ABŞ dolları və ya 9,4%,həcm ifadəsində isə 103,8 min ton və ya 16,6% azdır.

Hesabat dövründə Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 52,8milyon ABŞ dolları dəyərində təqribən 152,3 min ton yük ixracolunub ki bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədədəyər ifadəsində 8,7 milyon ABŞ dolları və ya 14,2%, həcmifadəsində isə 46,2 min ton və ya 23,3% azdır.

Bu ilin yanvar ayında Azərbaycana dəmir yolu nəqliyyatı ilə176,5 milyon ABŞ dolları dəyərində 367,9 min ton yük idxal olunubki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində 15,1 milyon ABŞ dolları və ya 7,9%, həcm ifadəsində isə57,6 min ton və ya 13,5% azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycanda yüknəqliyyat vasitələri ilə ümumilikdə 3,538 milyard ABŞ dollarıdəyərində 5,440 milyon ton yük daşınıb. Bu, dəyər baxımındanəvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dollarıvə ya 30,5%, həcm baxımından isə 1,099 milyon ton və ya 16,8%azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandanümumilikdə 2,236 milyard ABŞ dolları dəyərində 4,678 milyon ton yükixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 802,6milyon ABŞ dolları və ya 26,4%, həcm ifadəsində isə 910,7 min tonvə ya 16,3% azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar ayında yüklərin daşınma vasitələriüzrə Azərbaycana ümumilikdə 1,302 milyard ABŞ dolları dəyərində762,8 min ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəkigöstəriciyə nisbətən dəyər ifadəsində 750,2 milyon ABŞ dolları vəya 36,5%, həcm baxımıdan isə 188,4 min ton və ya 19,8% azdır.

Məqalədə:
Seçilən
20
7
az.trend.az

8Mənbələr