AZ

Onlayn qızıl satanların NƏZƏRİNƏ Nələrə diqqət edilməlidir?

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonunda qızıl sifarişi təhvil verən kuryeri bıçaqlayıb məhsulu oğurlamışdılar. Bu hal qızılın onlayn satışında qızılın təhlükəsizlik məsələsini gündəmə gətirir. 

Satıcı və kuryerlər qızılı onlayn çatdırılma zamanı hansı ehtiyat tədbirləri görməlidirlər? 

Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, onlayn satış rahat görünsə də amma onlar da ehtiyat edirlər:

"İlk öncə beh alırıq, pulun qalan hissəsini isə çatdırılma zamanı təhvil alırıq". 

Bəzi satıcılar isə pulun hamısını öncədən aldıqdan sonra çatdırılma etdiklərini bildiriblər. 

Məsələ ilə bağlı DİN-dən bildirilib ki, sosial şəbəkələrdə onlayn ticarət adı altında vətandaşın pullarının ələ keçirilməsi ilə bağlı polisə məlumatlar daxil olur. Hər bir şikayət qeydə alınaraq araşdırmalara başlanılır və həmin şəxslərin müəyyən olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir. Bu cür hallarla üzləşməmək üçün vətəndaşlar etibar etmədikləri şəxslərə pul göndərməməlidirlər. 

Aysel Əkbər

Milli.Az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
4
news.milli.az

5Mənbələr