AZ

Böyük Qayıdışla bağlı 2026-cı ildə hansı işlər görüləcək?

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsiyanında İctimai Şura 2026-cı il üçün prioritet istiqamətlərİmüəyyən edib.

Trend xəbərverir ki, istiqamətlər Şuranın 2026-cı ildə keçirilən ilk geniştərkibli iclasında təyin olunub. Müzakirələr zamanı 2026-cı il üçünaşağıdakı prioritet istiqamətlər müəyyən edilib:

- Şura üzvlərinin həm müvəqqəti məskunlaşma yerlərində, həm dəartıq bərpa edilmiş ərazilərdə sakinlərlə mütəmadi görüşlərininkeçirilməsi;

- Prosesin şəffaflığını təmin etmək məqsədilə müasirinformasiya-kommunikasiya vasitələrindən və innovativplatformalardan geniş istifadə edilməsi;

- Qayıdan əhalinin iqtisadi fəallığının artırılması və sosialadaptasiyası üçün təkliflərin hazırlanması.

İclasda İctimai Şuranın sədri Anar Xəlilov ötən il seçilmiştərkibdə görülən işlərin nəticələri, Böyük Qayıdışın səmərəlitəşkilində Şuranın iştirakı və qarşıda duran vəzifələr haqqındaməlumat verib.

İclasda iştirak edən Dövlət Komitəsinin sədri Rövşən Rzayevbildirib ki, ictimaiyyət nümayəndələrinin rəy və təklifləri dövlətqurumları tərəfindən yüksək qiymətləndirilir və qərarların qəbuluzamanı nəzərə alınır. Komitə sədri Şura üzvlərinin rəy vətəkliflərini dinləyib, onların suallarını cavablandırıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsiprosesi 2026-cı ildə özünün ən dinamik mərhələsinə qədəm qoyub."Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyatakeçirilən genişmiqyaslı tədbirlər nəticəsində artıq on minlərləsoydaşımız öz ata-baba yurdlarında daimi məskunlaşdırılması təminedilib.

Seçilən
114
2
az.trend.az

2Mənbələr