AZ

Böyük Qayıdışla bağlı 2026-cı ildə hansı işlər görüləcək?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura 2026-cı il üçün prioritet istiqamətlərİ müəyyən edib.

Aznews.az xəbər verir ki, istiqamətlər Şuranın 2026-cı ildə keçirilən ilk geniş tərkibli iclasında təyin olunub. Müzakirələr zamanı 2026-cı il üçün aşağıdakı prioritet istiqamətlər müəyyən edilib:

- Şura üzvlərinin həm müvəqqəti məskunlaşma yerlərində, həm də artıq bərpa edilmiş ərazilərdə sakinlərlə mütəmadi görüşlərinin keçirilməsi;

- Prosesin şəffaflığını təmin etmək məqsədilə müasir informasiya-kommunikasiya vasitələrindən və innovativ platformalardan geniş istifadə edilməsi;
- Qayıdan əhalinin iqtisadi fəallığının artırılması və sosial adaptasiyası üçün təkliflərin hazırlanması.

İclasda İctimai Şuranın sədri Anar Xəlilov ötən il seçilmiş tərkibdə görülən işlərin nəticələri, Böyük Qayıdışın səmərəli təşkilində Şuranın iştirakı və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Seçilən
26
2
aznews.az

2Mənbələr