AZ

Azərbaycanın nar ixracı kəskin azalıb

Bu ilin yanvar ayında Azərbaycandan 1 milyon 260 min dollar həcmində 1 min 408 ton nar ixrac edilib.

FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, nar ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 755 min dollar və ya 37,5%, miqdar ifadəsilə isə 871 ton, başqa sözlə 38,2% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan 2 milyon 15 min dollar dəyərində 2 min 278 ton nar ixrac olunmuşdu.

Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi narın 1 kiloqramının orta ixrac qiyməti 0,89 dollar (təxminən 1 manat 51 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə də bu rəqəm təxminən eyni olub.

Bu il yanvar ayında ümumi ixracın 0,06%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,47%-i narın payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,07% və 0,82% olmuşdu.

Seçilən
36
fed.az

1Mənbələr