Polşa Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamış ölkənin öz nüvə silahı imkanlarının inkişafını dəstəklədiyini bildirib.
Herbiand.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında deyib.
“Sözsüz, nüvə əməkdaşlığı proqramı və nüvə çətiri həmişə NATO-nun təhlilinə və müttəfiqlərin birgə qərarlarına tabe olan məsələlərdir”, - müdafiə naziri bildirib.
Eyni zamanda, Kosinyak-Kamış əlavə edib ki, öz elmi-tədqiqat imkanlarının inkişafını və eksperimental dizayn imkanlarını dəstəkləyir.
Bəxtiyar CƏFƏRLİ