AZ

Polşanın müdafiə naziri öz nüvə silahlarının inkişafını dəstəkləyir

Polşa Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamış ölkənin öz nüvə silahı imkanlarının inkişafını dəstəklədiyini bildirib.

Herbiand.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında deyib.

“Sözsüz, nüvə əməkdaşlığı proqramı və nüvə çətiri həmişə NATO-nun təhlilinə və müttəfiqlərin birgə qərarlarına tabe olan məsələlərdir”,  - müdafiə naziri bildirib.

Eyni zamanda, Kosinyak-Kamış əlavə edib ki, öz elmi-tədqiqat imkanlarının inkişafını və eksperimental dizayn imkanlarını dəstəkləyir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
80
herbiand.az

1Mənbələr