AZ

“Nyukasl”ın sabiq futbolçusu Əmrə Bələzoğlu: Sabah ürəyim “Qarabağ”la döyünəcək - EKSKLÜZİV

Bakı, 17 fevral, Cavid Əliyev, AZƏRTAC

“Nyukasl”a qarşı onun stadionunda oynamaq çox çətindir. Amma doğma meydanda bu komanda ilə mübarizə aparmaq olar.

Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Türkiyə millisinin sabiq futbolçusu Əmrə Bələzoğlu UEFA Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ” və “Nyukasl” komandaları arasında keçiriləcək oyun barədə danışarkən deyib.

Vaxtilə İngiltərə klubunun da formasını geyinmiş veteran yarımmüdafiəçi sabahkı matçda “Qarabağ”a azarkeşlik edəcəyini bildirib: “Bütün dualarım Azərbaycan təmsilçisi ilə olacaq. Komandanın yaxşı baş məşqçisi və futbolçuları var. İnanıram ki, matça yaxşı hazırlaşacaqlar. “Qarabağ”a ancaq uğurlar arzulaya bilərəm. “Nyukasl” keyfiyyətli heyətə malikdir. Amma “Qarabağ”ın da sürpriz etmək potensialı var. Sabah ürəyim “Qarabağ”la döyünəcək. Bütün Azərbaycan xalqına salamlarımı çatdırıram”.

Fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq

Xatırladaq ki, Türkiyə futbolunun əfsanələrindən sayılan Əmrə Bələzoğlu 2005-2008-ci illərdə “Nyukasl”ın formasını geyinib. O, ölkəsində “Qalatasaray”, “Fənərbağça”, İtaliyada “İnter” və İspaniyada “Atletiko Madrid” kimi tanınmış komandalarda da çıxış edib. Hazırda isə Türkiyə Superliqasında mübarizə aparan “Kasımpaşa”nın baş məşqçisidir.

Seçilən
40
4
azertag.az

5Mənbələr