Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Nyukasl Yunayted"ə qarşı onun stadionunda oynamaq çox çətindir. Amma doğma meydanda bu komanda ilə mübarizə aparmaq olar".
Oxu.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə millisinin sabiq futbolçusu Emre Belezoğlu UEFA Çempionlar Liqasının liqa mərhələsində "Qarabağ" və "Nyukasl Yunayted" komandaları arasında keçiriləcək oyun barədə danışarkən deyib.
Vaxtilə İngiltərə klubunun da formasını geyinmiş veteran yarımmüdafiəçi sabahkı matçda "Qarabağ"a azarkeşlik edəcəyini bildirib:
"Bütün dualarım Azərbaycan təmsilçisi ilə olacaq. Komandanın yaxşı baş məşqçisi və futbolçuları var. İnanıram ki, matça yaxşı hazırlaşacaqlar. "Qarabağ"a ancaq uğurlar arzulaya bilərəm. "Nyukasl Yunayted" keyfiyyətli heyətə malikdir. Amma "Qarabağ"ın da sürpriz etmək potensialı var. Sabah ürəyim "Qarabağ"la döyünəcək. Bütün Azərbaycan xalqına salamlarımı çatdırıram".
Qeyd edək ki, Türkiyə futbolunun əfsanələrindən sayılan Emre Belezoğlu 2005-2008-ci illərdə "Nyukasl Yunayted"in formasını geyinib. O, ölkəsində "Qalatasaray", "Fənərbağça", İtaliyada "İnter" və İspaniyada "Atletiko Madrid" kimi tanınmış komandalarda da çıxış edib. Hazırda isə Türkiyə Superliqasında mübarizə aparan "Kasımpaşa"nın baş məşqçisidir.
Xatırladaq ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunu saat 21:45-də başlayacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.