AZ

Xaçmazın həbsdə olan sabiq hərbi komissarı barədə qərar verilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayev barəsində olan qərardan kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, şikayət qismən təmin edilib. Belə ki, şəxsin ittiham olunduğu 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ittihamdan xaric edilib.

Cəzaya nisbətdə isə hökm dəyişdirilməyib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Rahim Ağayev 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi qərarı dəyişdirmədən saxlayıb.

Xatırladaq ki, R.Ağayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Cebheinfo.az"

Seçilən
30
10
cebheinfo.az

10Mənbələr