AZ

Məhkəmədən sabiq hərbi komissar barədə qərar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Publika.az APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, şikayət qismən təmin edilib. Belə ki, təqsirləndirilən şəxsin ittiham olunduğu 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ittihamdan xaric edilib.

Cəzaya nisbətdə isə hökm dəyişdirilməyib.

Seçilən
14
10
publika.az

10Mənbələr