AZ

Azərbaycanda elektron siqaret çəkən şəxslər bu qədər cərimələnəcək - MƏBLƏĞ

Bakı. Trend:

Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı,topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görəcərimələr müəyyənləşdiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan İnzibatiXətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsindəöz əksini tapıb.

Qanun layihəsinə əsasən, “Tütün məmulatlarının istifadəsininməhdudlaşdırılması haqqında” Qanunula qadağan edilmiş yerlərdə,küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərinistifadəsinə görə 30 manat məbləğində cəriməediləcək.

Elektron siqaretlərin və onların komponentlərinin idxalı,ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədiləsaxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuşmallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadəkməbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdəcərimə ediləcək.

Qanun təsdiqlənəcəyi təqdirdə, 2026-cı il aprelin1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı,istehsalı, saxlanılması, satışı və istifadəsinə qadağa2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.

Seçilən
58
16
az.trend.az

10Mənbələr