AZ

Naxçıvanda işə düzəltmək vədi ilə dələduzluq edən şəxs saxlanıldı

Bakı.Trend:

Naxçıvanda vətəndaşları işlə təmin etmək vədi ilə aldadaraq pulvəsaitlərini ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı Əsgər Quliyevpolis əməkdaşları tərəfindən saxlanılıb.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Araşdırmalarla müəyyən edilib ki, Ə.Quliyev özünü “Tural” adıilə müxtəlif qurumlarla əlaqəli şəxs kimi təqdim edərək işlə təminolunma vədi verib. Bu yolla o, vətəndaşların ümumilikdə 12000manata yaxın pul vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davametdirilir.

Qeyd olunan əməllərdən zərər çəkmiş digər vətəndaşlar varsa,ərazi üzrə polis orqanlarına müraciət edə və ya "102" ZəngMərkəzinə məlumat verə bilərlər.

Məqalədə:
Seçilən
86
15
az.trend.az

10Mənbələr