AZ

Tramp: İranla görüşlərdə dolayı yolla iştirak edəcəyəm

Donald Trump ABŞ Prezidenti jurnalistlərə verdiyi açıqlamada deyib ki, İranla Cenevrədə keçiriləcək növbəti görüşlərdə dolayı şəkildə iştirak edəcək və bu müzakirələr çox önəmli olacaq. Prezident həmçinin İranı daha məqbul davranmağa çağırdığını bildirib.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Tramp müxbirlərə deyib: “Bu görüşlərdə dolayı yolla iştirak edəcəyəm. Bunlar çox önəmli olacaq və nələrin olacağını görəcəyik”, — deyə söyləyib. İranın daha əvvəl sərt mövqe tutmasına baxmayaraq, bu dəfə müzakirələrdə razılığa gəlmək ehtimalının olduğunu bildirib.

Məlumatlara görə, görüşlər İranla ABŞ arasında Təhəranın nüvə proqramı ətrafında gedir və Cenevrədə keçiriləcək. ABŞ bu müzakirələrdə birbaşa tərəf kimi çıxış etməyəcək, lakin Tramp dolayısı ilə prosesi diqqətlə izləyəcəyini vurğulayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr