2026-cı ilin yanvar ayında Azərbaycan 176 milyon 542 min dollar dəyərində 7 591 ədəd cəmi avtomobil idxal olunub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 27% artıb, miqdar ifadəsilə 0.9% azalıb.
O cümlədən, 2025-ci ilin yanvar ayında isə Azərbaycana 138 milyon 987 min dollar dəyərində 7 663 ədəd cəmi avtomobil gətirilib.