AZ

Rusiya səmasında 151 Ukrayna dronu vurulub

Rusiya

Hava hücumundan müdafiə qüvvələri bir gecə ərzində Rusiya regionları, eləcə də Qara və Azov dənizləri üzərində 151 Ukrayna dronunu məhv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barıdı Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Hərbi idarənin məlumatına görə, 17 fevral gecəsi hava hücumundan müdafiə siqnalizasiya sistemləri Ukraynaya məxsus 151 ədəd sabit qanadlı pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib: Krım Respublikası ərazisində 38, Krasnodar diyarı ərazisində 18, Kaluqa vilayəti ərazisində 11, Bryansk vilayəti üzərində 4, Kursk vilayəti üzərində 1 PUA, Qara dəniz üzərində 50, Azov dənizinin suları üzərində isə 29 PUA məhv edilib.

Məryəm Quliyeva

Seçilən
20
12
xalqcebhesi.az

10Mənbələr