AZ

Doğma yurduna qayıdan şəhid anası: Ağdamdan çıxanda 16 yaşım var idi

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Ağdamdan çıxanda 16 yaşım var idi, indi 49-dur. Sevincimi ifadə edəcək söz tapa bilmirəm".

Oxu.Az xəbər verir ki, bunu fevralın 17-si Ağdam şəhərinə köç edən Kəmalə Muradova deyib.

O bildirib ki, doğma yurda qayıtmaq əvəzolunmaz hissdir:

"Bu gün 30 ildən sonra azad edilmiş torpaqlarımıza gedirik. Mənim oğlum da şəhiddir. Oğlumun timsalında bütün qardaşlarımızın qarşısında baş əyirəm, ruhları şad olsun. Prezidentimiz və əsgərlərimizin şücaəti sayəsində bu günü görmək nəsib oldu".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
oxu.az

1Mənbələr