AZ

Ukraynadakı müharibə bitməsindən sonra cinayətkarlıq artacaq Polis

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Polşa hüquq-mühafizə orqanları Ukraynadakı münaqişənin bitməsindən sonra Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin bölgəyə axını fonunda cinayətkarlığın artmasına hazır olmalıdırlar.

Bizimyol.info xəbər verir ki, bu barədə respublikanın Polis rəisi Marek Boron bildirib.

"Biz başa düşməliyik ki, gec-tez Ukraynadakı cəbhə xəttindən bir çox keçmiş əsgər Polşaya gələcək. Onlar həmçinin cinayətkar dairələr arasında tələbat olacaq tamamilə fərqli bir kateqoriya, daha müasir silahlar gətirəcəklər", - deyə Boron "Gazeta Wyborcza"ya verdiyi müsahibədə bildirib.

O, Polşa hüquq-mühafizə orqanlarının artan sayda narkotik laboratoriyalarını tez bir zamanda məhv etmək üçün Ukrayna hakimiyyəti ilə fəal şəkildə işlədiyini vurğulayıb. "Hərbi əməliyyatların bitməsindən sonra cinayətkar qrupların nəyə hazırlaşdığını bilirik", - deyə Boron qeyd edib.

Qəzet əvvəllər Ukrayna miqrant dəstələrinin Varşavanın mərkəzindəki bir parkı cinayətkarlıq ocağına çevirdiyini xəbər vermişdi. "Gazeta Wyborcza" Şventokrşiski Parkını "Varşavanın ən təhlükəli yerlərindən biri" adlandırmışdı və burada cinayətkarlıq vəziyyəti ildən-ilə pisləşir.

Rusiyada da müharibədən sonra vəziyyətin tamamilə dözülməz olacağı, cinayətkarlığın hədsiz səviyyəyə çatacağı, xüsusilə qeyri-ruslara qarşı xüsusi amansızlığın müşahidə olunacağı gözlənilir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
bizimyol.info

1Mənbələr