AZ

Litvanın Aİ Şurasına sədrliyi dövründə prioritetləri bəlli olub

Litva Prezidenti Gitanas Nauseda 2027-ci ildə Avropa İttifaqı (Aİ) Şurasında sədrlik dövründə ölkənin prioritetlərini müəyyənləşdirib.

"Far.Az" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Litva lideri prioritetləri Dövlətçiliyin Bərpası Günü münasibətilə Vilnüsə səfər edən Avropa Parlamentinin sədri Roberta Metsolaya təqdim edib.

"Litvanın prioritetləri təhlükəsizlik və müdafiənin gücləndirilməsi, Ukraynaya hərtərəfli dəstək, Avropa İttifaqının genişləndirilməsi, rəqabət qabiliyyətinin və innovasiyaların stimullaşdırılması, demokratik davamlılığın və sosial sabitliyin möhkəmləndirilməsi olacaq", - Nauseda bildirib.

Aİ-nin şərq qonşularının üzv qəbul edilməsi yolu ilə genişləndirilməsindən danışarkən o, danışıqların tempinin saxlanması və siyasi qətiyyətin vacibliyini vurğulayıb.

Bildirib ki, Ukrayna 2030-cu ildən gec olmayaraq Aİ-nin tamhüquqlu üzvü olmalıdır.

Qeyd edək ki, Litva 2027-ci ilin birinci yarısında Aİ Şurasına sədrlik edəcək.

Seçilən
65
far.az

1Mənbələr