İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah" döyüşçüsünə zərbə endiriblər.
Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, zərbə Livanın Talus kəndi ərazisində nəqliyyat vasitəsinə endirilib.
Livan KİV-in məlumatına görə, İsrailin zərbəsi nəticəsində bir nəfər ölüb.
"Cebheinfo.az"