AZ

ABŞ ilə İran arasında bu mövzular müzakirə ediləcək

İran və ABŞ Cenevrədə keçirilən danışıqlar zamanı İranın nüvə dosyesini və sanksiyaların ləğvini müzakirə edə bilərlər.

"Ölkə.az" xəbər verir ki, bu barədə RİA Novosti İrandakı mənbəyə istinadən məlumat yayıb. 

Mənbə bildirib ki, yeni danışıqlar mərhələsinin nüvə məsələlərinin daha ətraflı araşdırılmasına və Tehrana qarşı sanksiyaların ləğvinə imkan verəcəyi gözlənilir.

Fevralın 6-da İran və ABŞ arasında Omanın paytaxtında İslam Respublikasının nüvə proqramı ilə bağlı danışıqlar aparılıb. Bu görüş 2025-ci ilin iyun ayında İran-İsrail münaqişəsinin kəskinləşməsindən sonra ilk görüş olub. Həmin vaxta qədər İslam Respublikası və ABŞ beş raund məsləhətləşmələr keçirmişdilər.

İran Xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran və ABŞ arasında davamlı razılaşma üçün bərabər mövqelər və qarşılıqlı hörmət vacibdir. O əlavə edib ki, Tehran diplomatiyaya gözləri açıq şəkildə yanaşır və 2025-ci il hadisələrini ciddi şəkildə nəzərə alır.

Elvin

Ölkə.az

Seçilən
68
1
olke.az

2Mənbələr