AZ

Moskvada DƏHŞƏTLİ HADİSƏ: Azərbaycanlı ər-arvad İNTİHAR ETDİ – FOTO

Moskvada azərbaycanlı ər-arvad intihar edib.

İnterpress.az xəbər verir ki, bu barədə “MK” nəşri məlumat yayıb.

Moskvanın “Salaryevo-Park” yaşayış kompleksində dəhşətli qoşa intihar hadisəsi baş verib. Binalardan birinin pəncərələri altında ər-arvadın meyitləri aşkar edilib.

Məlumata görə, həyatına son qoyan şəxslər milliyyətcə azərbaycanlı olan Vasif və Aygündür.

Hadisə baş verən zaman mənzildə onların 5 yaşlı övladı olub və hər şey uşağın gözləri qarşısında cərəyan edib.

Bildirilir ki, Yeni Moskvada vəfat edən cütlük geyim və alt paltarı mağazasının sahibi olublar.

Onlar biznes fəaliyyətlərinə Rusiya Federasiyasının Xantı-Mansiysk Muxtar Dairəsində başlayıblar, bir müddət əvvəl isə paytaxta köçərək yaşadıqları evin yaxınlığında mağaza açıblar. İntiharın motivi hələlik məlum deyil.

Hazırda hadisənin şahidi olan azyaşlı ilə psixoloqlar işləyir. Cütlüyün ümumilikdə üç övladı qalıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
87
interpress.az

1Mənbələr