AZ

Bellinqem ciddi zədə alıb

ain.az bildirir, Olke.az portalına istinadən.

İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Cud Bellinqem ciddi zədə alıb.

"Ölkə.az" xəbər verir ki, 22 yaşlı ingilis futbolçu 6-8 həftə müddətində yaşıl meydanlardan kənarda qalacaq.

Bellinqem La Liqanın XXII turunda "Rayo Valyekano"ya qarşı keçirilən və Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə əzələsindən zədələnib.

Klubun tibbi heyəti futbolçunun vəziyyətini nəzarətdə saxlayır və onun təxminən iki aya yaxın müddətdə komandaya kömək edə bilməyəcəyi bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
4
olke.az

6Mənbələr