AZ

Bellinqem ciddi zədə alıb

İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Cud Bellinqem ciddi zədə alıb.

Azreform.info xəbər verir ki, 22 yaşlı ingilis futbolçu 6-8 həftə müddətində yaşıl meydanlardan kənarda qalacaq.

Bellinqem La Liqanın XXII turunda "Rayo Valyekano"ya qarşı keçirilən və Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə əzələsindən zədələnib.

Klubun tibbi heyəti futbolçunun vəziyyətini nəzarətdə saxlayır və onun təxminən iki aya yaxın müddətdə komandaya kömək edə bilməyəcəyi bildirilir.

Seçilən
40
4
azreform.info

6Mənbələr